Zelenski Rusiya memorandumuna sərt cavab veribbackend

Zelenski Rusiya memorandumuna sərt cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyev Rusiyanın atəşkəs şərtləri ilə bağlı memorandumunu ciddi qəbul etmir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Strana.ua yayıb.

“Ruslar başa düşdülər ki, bu, ultimatumdur və heç kim bunu ciddi qəbul etməyəcək. Bu, memorandum deyil – bu, Rusiya tərəfinin bizə ultimatumudur”, – Zelenski bildirib.

Bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla dördtərəfli görüşün keçirilməsi barədə razılığa gəlib.

Bundan əlavə, Ukrayna lideri şənbə və bazar günləri Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsinin baş tutacağını bildirib. O əlavə edib ki, məhbusların mübadiləsindən sonra çox güman ki, cəsədlərin mübadiləsi aparılacaq, onların tanınması vaxt aparacaq.