Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya bu yay Belarusda keçiriləcək hərbi təlimlər adı altında “nəsə hazırlayır”.
NOCOMMENT.az xəbər verir ki, onun Varşavadakı çıxışından n-tv kanalı sitat gətirir.
“Bu yay Rusiya orada hərbi təlimlər adı altında nəsə hazırlayır”, – deyə Zelenski bildirib.
Lakin o, təfərrüatlara varmayıb və bunun nə ola biləcəyi sualını açıq qoyub.