Rusiya yeni hücum əməliyyatları planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında yayımlanan axşam müraciətində deyib.
Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyi Ukraynaya dəstəyin artırılmasını tələb edən “sonrakı müharibəyə ümid edir”. O vurğulayıb ki, partnyor ölkələrin kəşfiyyat xidmətləri operativ şəkildə rəhbərliyə çatdırılmalı olan təsdiqedici məlumatlara malikdir.
“Əminəm ki, tərəfdaşlarımızın kəşfiyyat xidmətləri belə məlumatlara malikdir. Onların göz yummaması və yuxarı orqanlara hesabat verməsi vacibdir”, – Zelenski qeyd edib.