Ukrayna prezidenti Vladimir Zelenski Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilən və axtarışda olan ofis rəhbərinin müavini Roman Maşovetsi vəzifəsindən azad edib.
NOCOMMENT.az xəbər verir ki, müvafiq sərəncam bazar ertəsi prezidentin saytında dərc olunub.
“Roman Vasilyeviç Maşovets idarə rəisinin müavini vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.
Məlumata görə, Maşovets 2014-cü ilin iyul ayından Ukrayna ordusuna hərbi-texniki yardım təşkil edir. O, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin yaradılmasının başlanğıcında dayanıb. O, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri haqqında bəzi qanunlarına dəyişiklik edilməsi haqqında qanun layihəsinin həmmüəllifidir.
Qeyd olunur ki, rəsmi Ukraynanın şərqindəki döyüş bölgəsinə 25 dəfə ezam olunub.
Qeyd edək ki, Dövlət başçısının 22 aprel 2020-ci il tarixli sərəncamı ilə Maşovets Prezident Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.