Ukrayna prezidenti Vladimir Zelenski ikinci “sülh sammiti”nin təfərrüatlarını açıqlayıb, tədbirə Rusiya nümayəndəsinin dəvət ediləcəyini vəd edib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Ukraynanın UIAN agentliyi sitat gətirir.
“Rusiya Federasiyası noyabrda keçiriləcək növbəti “sülh sammitinə” dəvət olunacaq”, – agentlik Ukrayna liderinin sözlərindən sitat gətirir.
Ukrayna prezidenti həmçinin mətbuat konfransında amerikalı həmkarı Co Baydenlə “bu ay” görüşəcəyini bildirib. Zelenskinin sözlərinə görə, o, “Rusiya üzərində qələbə planını” təqdim etməlidir.