Zelenski: “Rusiyanın Lvova hücumları nəticəsində 5 nəfər ölüb”backend

Zelenski: “Rusiyanın Lvova hücumları nəticəsində 5 nəfər ölüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

“Rusiya raketləri şəhərlərimizə və xalqımıza qarşı. Hazırda Lvova hücum nəticəsində 5 nəfər ölüb, onların arasında 14 yaşlı qız da var. 30-dan çox insan yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – paylaşımda vurğulanıb.

 

Bundan əlavə, Krivoy Roqda hücumlar nəticəsində 5 nəfər yaralanıb.

 

V.Zelenski qeyd edib ki, iki şəhərdə yaşayış binalarına, məktəblərə, tibb müəssisələrinə və mülki infrastruktura zərər dəyib.