Ukrayna Prezidenti Volodimir Zelenski sanksiya siyasəti ilə bağlı iclas keçirib və bunun nəticəsində Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqini elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat onun Telegram kanalında yerləşdirilib.
Zelenski xatırladıb ki, yalnız sentyabr ayında Ukrayna “beş sanksiya qərarı” qəbul edib və Britaniya sanksiyalarını yerli yurisdiksiyaya uyğunlaşdırıb. O bildirib ki, Moskva əleyhinə alyansın bütün sanksiya paketlərində Kiyevin təklifləri nəzərə alınıb.
“Avropa İttifaqının 19-cu sanksiya paketinin mümkün qədər tez qəbul olunmasını gözləyirik. ABŞ-la da əlavə sanksiya təzyiqi üzərində işləyirik. Kömək edən hər kəsə təşəkkür edirəm. Mən müddəti bitən sanksiyaların uzadılmasını və partnyorlarla sanksiyaların sinxronizasiyasının sürətləndirilməsini tapşırdım. Vacibdir ki, təzyiq həqiqətən effektiv olsun”, — deyə Zelenski yazıb.