Ukrayna Prezidenti Vladimir Zelenski yenidən sərt şəkildə Rusiyaya hər hansı torpaq güzəştləri ideyasını rədd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Zelenski bildirib: “Putinə Ukrayna torpağından bir hissəsini verək ki, müharibəni dayandırsın — bu olmayacaq. Bu həll yolu deyil, sadəcə fasilədir. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Krım və Donetsk üçün belə olub”.
Prezident vurğulayıb ki, məqsəd “müvəqqəti sakitlik” deyil, Ukraynanın təhlükəsizliyini təmin edəcək konfliktin qarantili bitməsidir. Həmçinin, potensial razılaşmanın Rusiyanın “məsuliyyətini” nəzərdə tutması vacibdir.