Zelenski sanksiyaları qiymətləndirdi – “Bu, güclü siqnaldır”backend

Zelenski sanksiyaları qiymətləndirdi – “Bu, güclü siqnaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqının 19-cu sanksiyalar paketi və ABŞ-nin yeni məhdudiyyətləri bütün dünya üçün yaxşı siqnaldır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Aİ Şurasının sədri Antoniu Koşta ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, əlbəttə ki, Rusiyaya qarşı daha sərt sanksiyalardır. 19-cu paket, Aİ liderlərinin qərarı kimi çox vacibdir. Lakin Amerikanın sanksiyaları da son dərəcə mühümdür. Bu, digər ölkələrə sanksiyalara qoşulmaq üçün güclü siqnaldır. Putin bu müharibəni dayandırana qədər, “kölgə donanması” da daxil olmaqla, təzyiq göstərməliyik”, – Zeklenski vurğulayıb.

Aİ Şurasının sədri Koşta əmin edib ki, üzv ölkələrin liderləri Ukraynaya davamlı dəstəyini təsdiq edəcəklər və Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın 2026-2027-ci illər üçün ehtiyaclarını ödəməklə kompensasiya kreditinin verilməsi ilə bağlı siyasi qərar qəbul edə biləcəklər.

Xatirə SADİQ