Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin uzadılması haqqında qanunları imzalayıb.
Onlar hələ ən azı 90 gün qüvvədə olacaq.
NOCOMMENT.az bu barədə BBC-ə istinadla xəbər verir.
Avqustun 7-də, çərşənbə günü dövlət başçısı 11433 və 11434 nömrəli qanunları imzalayıb. Beləliklə, Ukraynada avqustun 12-dən hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti daha 90 gün uzadılıb. Yəni, onlar ən azı 2024-cü il noyabrın 9-dək qüvvədə olacaq.
Müharibə başlayandan bəri Ukraynada qeyd edilən hüquqi rejimin müddəti artıq 12-ci dəfədir uzadılır.