Zelenski sərt danışdı: Biz ruslar kimi axmaq, əclaf deyilikbackend

Zelenski sərt danışdı: Biz ruslar kimi axmaq, əclaf deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya mətbuatının “Ukrayna ona verilən silahları satır” iddialarına çox sərt reaksiya verib.

NOCOMMENT.az “Unian.net”ə istinadən xəbər verir ki, Zelenski afrikalı jurnalistlərlə onlayn görüş zamanı saxta iddiaların Ukraynaya silah tədarükünün qarşısını almaq məqsədi daşıdığını deyib.

“Dəmir yolu infrastrukturumuzu, körpülərimizi dağıtdılar, sonra bizim üçün dənizi bağladılar, amma anladılar ki, ordumuzun gücünü artıracağıq… Sonra da saxta xəbər yaydılar ki, guya biz silahları satırıq... Biz onlar kimi belə əclaf, axmaq deyilik. Biz insan alver etmirik, silah alver etmirik, ləyaqətimiz və ölkəmizlə alver etmirik. Bizim ordumuzla onların ordusu arasında fərq budur”, – deyə Zelenski bildirib.

teleqraf