Zelenski: Si Cinpinlə görüşmək istəyirəmbackend

Zelenski: Si Cinpinlə görüşmək istəyirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Pekinin Ukraynada müharibəni dayandırma çağırışından sonra Çin prezidenti Si Cinpinlə görüşmək istədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə müharibənin birinci ildönümü çərçivəsində jurnalistlərlə bir araya gəldiyi zaman açıqlama verib.

Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı yaydığı12 bəndlik sənəd barəsində danışan Zelenski, “Mənə elə gəlir ki, bu, Çinin sülh planı, həll yolu və ya bəyannaməsi deyil. İnanıram ki, Çin sadəcə öz düşüncəsini nümayiş etdirir. Çinin Ukrayna haqqında danışmağa başlaması da çox yaxşıdır”.

Çin prezidenti Si Cinpinlə də görüşmək istədiyini vurğulayan Zelenski, “Bunun ölkələrimizə və dünya təhlükəsizliyinə fayda verəcəyinə inanıram. Çinlə böyük ticari əlaqələrimiz var. Bu təkcə müharibə deyil. Məsələ ondadır ki, biz iqtisadi əlaqələri saxlamaqda maraqlı olan ölkələrik. Bildiyimə görə, Çin tarixən öz ərazi bütövlüyünə hörmət edib. Bu isə o deməkdir ki, o, Rusiyanı torpaqlarımızdan qovmaq üçün hər şeyi etməlidir. Çünki suverenliyə və ərazi bütövlüyünə hörmət məhz bundan ibarətdir” deyə açıqlama verib.

NOCOMMENT.AZ