Zelenski: “Slovakiya ilə dialoqu davam etdirəcəyik”backend

Zelenski: “Slovakiya ilə dialoqu davam etdirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə Ujqorodda keçirilən danışıqları məzmunlu adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “Ukrinform” agentliyi yayıb.

“Bu səfərə görə təşəkkür edirəm. Bizim məzmunlu söhbətimiz oldu. Əsas odur ki, bu dialoqumuz mövcuddur. Onu davam etdirəcəyik”, – Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, ölkələr liderlər səviyyəsində və hökumətlərarası əməkdaşlıqda praqmatik yanaşmanı qoruyub saxlamalıdırlar.