Zelenski Ştaynmayerlə nələri müzakirə etdi?backend

Zelenski Ştaynmayerlə nələri müzakirə etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya prezidenti Frank-Valter Ştaynmayer arasında videozəng baş tutub.

NOVOMMENT.az xəbər verir ki, rəsmilər cəbhədəki vəziyyəti və Ukraynaya müdafiə dəstəyinin artırılmasının zəruriliyini müzakirə edib.

Zelenski bildirib ki, Ukrayna Almaniya rəhbərliyinin bu ilin əvvəlində qəbul etdiyi mühüm müdafiə qərarlarını, habelə Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən humanitar, maliyyə və müdafiə sahələrində əhəmiyyətli dəstəyi yüksək qiymətləndirir.

“Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerlə videokonfrans görüşündə biz cəbhədəki vəziyyəti, Ukraynaya müdafiə dəstəyinin artırılmasının zəruriliyini və Ukrayna sülh formulunun həyata keçirilməsi üzrə diplomatik prosesi müzakirə etdik”, – deyə Zelenski bildirib.