Kiyev və Qərb bu həftənin sonuna qədər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasını başa çatdıra bilməyib, buna görə sənəd növbəti həftə təqdim olunacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
O bildirib: “Təhlükəsizlik zəmanətləri barədə çox danışılıb. Hazırda hər bir konkret komponent üzərində milli təhlükəsizlik müşavirləri işləyir və növbəti həftə bütün konfiqurasiya sənəd üzərində əksini tapacaq.”