Zelenski təltif edildibackend

Zelenski təltif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Tallin Gerbi ilə mükafatlandırılıb.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti xəbər yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi hörmət əlaməti olaraq təqdim edilən Tallin Gerbini alıb. Ukrayna dövlət başçısının təltif edilməsi haqqında qərar mayın 5-də Tallinn Şəhər Şurası tərəfindən qəbul edilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Tallin şəhərinin meri Yevgeni Osinovski Vladimir Zelenskiyə verilən mükafatı Estoniyada səfərdə olan Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Korniyenkoya təqdim edib.

Osinovski vurğulayıb ki, bu mükafat “Tallin və onun sakinlərinin Ukrayna xalqı ilə həmrəyliyini və onlara Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə dəstəyini nümayiş etdirir”.