Zelenski: Tərəfdaşlar Ukraynanın sülh formuluna əməl etməyə daha çox hazırdırlarbackend

Zelenski: Tərəfdaşlar Ukraynanın sülh formuluna əməl etməyə daha çox hazırdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski son xaricə səfərləri zamanı bütün görüşlərində ölkəsinin sülh formulunun müzakirə edildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski sosial media hesabındakı paylaşımında son 3 gündə ardıcıl olaraq İtaliya, Almaniya, Fransa və İngiltərəyə etdiyi səfərlərin nəticələrini dəyərləndirib.

Yeni müdafiə yardım paketləri ilə ölkəsinə qayıtdığını qeyd edən Zelenski, paketlərdə cəbhə üçün daha yeni və güclü silahların olduğunu bildirib.

Səfərləri zamanı keçirdiyi bütün görüşlərdə Ukraynanın “sülh formulu”nun müzakirə edildiyini qeyd edən Zelenski “İndi tərəfdaşlar arasında bizim sülh formulumuza əməl etməyə daha çox istək var” ifadələrini qeyd edib.

NOCOMMENT.AZ