Zelenski Ternopol vilayətinin rəhbərini işdən çıxarıbbackend

Zelenski Ternopol vilayətinin rəhbərini işdən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Ternopol vilayəti dövlət administrasiyasının rəhbəri Vladimir Truşı vəzifəsindən azad edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısının ofisinin saytında yerləşdirilən məlumatda deyilir.

“Vladimir Lyubomiroviç Truş təqdim etdiyi ərizəyə uyğun olaraq Ternopil vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.

Bundan əvvəl Ukrayna hökuməti Truşın işdən çıxarılmasına razılıq vermişdi. O, 2020-ci ildən Ternopil regional administrasiyasına rəhbərlik edir.