Zelenski tezliklə Trampla görüşə bilərbackend

Zelenski tezliklə Trampla görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski və amerikalı həmkarı Donald Tramp bu ay Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüş keçirə bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermak bildirib.

Ukrayna prezident administrasiyasının rəhbəri qeyd edib ki, Vaşinqtona son səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti iki lider arasında görüş təşkil etmək üçün fəal işləyir.

“Səfərimiz, başqa şeylərlə yanaşı, Kanadada keçiriləcək G7 sammiti çərçivəsində Zelenski ilə Tramp arasında görüşə hazırlıq idi”, – deyə Yermak bildirib.

G7 sammitinin iyunun 15-17-də Kanadanın Alberta vilayətində keçirilməsi planlaşdırılır.