Zelenski Trampa şərtlər qoyurbackend

Zelenski Trampa şərtlər qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Ukrayna münaqişəsinə son qoymaq üçün şərtlər qoyub.

NOCOMMENT.az bildirir ki, bu barədə Sky News xəbər verir.

“Müharibəyə son qoymazdan əvvəl mən bütün razılaşmaların bağlanmasını həqiqətən istəyirəm. Mən ABŞ və bütün Avropa tərəfdaşları tərəfindən dəstəklənən bir sənədin olmasını istəyirəm”, – Zelenski bildirib.

O qeyd edib ki, Ukraynaya “Trampdan aydın mövqe” lazımdır və silahlı münaqişəni dayandırmağın yeganə yolu respublika üçün təhlükəsizlik zəmanətlərinin ilkin tətbiqi olacaq.