Kiyev ABŞ prezidenti Donald Trampa Ukraynadakı münaqişənin həlli planına nəyi daxil etməyi və nələri daxil etməməyi deyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Ərazilərlə hansı kompromislər var, deyə soruşdunuz. Bunu başa düşmək çox vacibdir: ABŞ öz baxışını təklif etdi. Londonda görüş oldu. Onların təklif etdiyi müvafiq strategiya var idi”, – Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, Londonda aparılan danışıqlar zamanı münaqişənin həlli ilə bağlı “müvafiq məqamlar” kağız üzərində üzə çıxıb.
Eyni zamanda, Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ-ın bir sıra təkliflərini həyata keçirə bilməyəcək, çünki onlar “Ukraynanın dəyərlərinə və ya konstitusiyasına” ziddir.