Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın İstanbuldakı görüşdə iştirak etmək planlarını dəstəkləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.
“Mən Donald Trampı tam və qeyd-şərtsiz atəşkəs ideyası ilə dəstəklədim – diplomatiya üçün əsas yaratmaq üçün kifayət qədər uzun müddətdir <…> Mən prezident Trampı Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar ideyası ilə dəstəklədim”, – Zelenski qeyd edib.
Ukrayna lideri görüşə hazır olduğunu və Türkiyədə olacağını vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna “Prezident Trampın Türkiyədəki bu görüşdə bizimlə olmasını istərdi”.