Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynanın hesabına hərbi münaqişəyə son qoymağa razı olacağından ehtiyat edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, The Guardian-a müsahibəsində bildirib.
Onun fikrincə, Tramp qalib gəlsə və Putinin şərtləri ilə sülh danışıqlarına başlasa, ABŞ-ın təsir səviyyəsi azalacaq.
“Ukraynalılar buna dözməyəcəklər, amma o, bizə heç bir dəstək vermədiyini deyə bilər… O zaman ABŞ-ın yeni prezidenti bütün dünya üçün kim olacaq?” – Zelenski soruşur.