Zelenski Türkiyə səfirliyinə başsağlığına getdibackend

Zelenski Türkiyə səfirliyinə başsağlığına getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyinə baş çəkib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

O, səfirliyin önünə gül dəstələri qoyub və matəm kitabına ürək sözlərini yazıb.

“Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – deyə Zelenski bildirib.