Zelenski Türkiyədə keçiriləcək danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyibbackend

Zelenski Türkiyədə keçiriləcək danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna lideri Vladimir Zelenski İstanbulda Rusiya ilə danışıqlar aparacaq nümayəndə heyətinin tərkibini rəsmən təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq fərmanı Ukrayna prezidentinin dəftərxanası dərc edib.

“Ukraynanın beynəlxalq tərəfdaşları – Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətləri, habelə Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar prosesində iştirak etmək üçün Ukrayna nümayəndə heyətini formalaşdırmaq”, – Sənədin mətnində deyilir.

Nümayəndə heyətinin rəhbəri Ukraynanın müdafiə naziri Rustem Umerov təyin edilib. Tərkibinə həmçinin xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Təhlükəsizlik Xidməti sədrinin müavini Aleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini Oleq Luqovski, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Aleksey Şevçenko və S.Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadimski Skibitski daxildir.