Zelenski: “Ukrayna ağır itkilərə görə münaqişəni uzatmaq istəmir”backend

Zelenski: “Ukrayna ağır itkilərə görə münaqişəni uzatmaq istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sıralarında böyük itkilər verdiyinə görə münaqişəni uzatmaq istəmədiyini bildirib.

NOCOMMENT.az onun Avropa İttifaqının (Aİ) sammitinə gələrkən söylədiyi fikirlərə istinadən məlumat yayıb.

O vurğulayıb ki, Ukrayna döyüş meydanında itkilərə görə kifayət qədər vaxtı olmadığı üçün növbəti “sülh sammiti” üçün münaqişənin həlli planı hazırlamağı planlaşdırır.

“Biz bu sülh planını ikinci zirvə toplantısı üçün hazırlamaq istəyirik”, – deyə Zelenski bildirib.

Zelenski İsveçrədəki konfransdan sonra Kiyevin Moskva ilə heç bir əlaqəsinin olmadığını da vurğulayıb.