Zelenski: Ukrayna Aİ-nin bir hissəsi olacaqbackend

Zelenski: Ukrayna Aİ-nin bir hissəsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə söhbətindən sonra bildirib ki, Ukrayna “Avropa İttifaqının bir hissəsi olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

“Ursulaya təşəkkür edirəm ki, o, birləşmiş Avropanın Ukrayna ilə bağlı bütün proseslərdə iştirak etməli olduğunu aydın şəkildə ifadə etdi. Artıq üzvlüklə bağlı danışıqlardayıq və Ukrayna Avropa İttifaqının bir hissəsi olacaq,” – deyə Zelenski vurğulayıb.

Avqustun 7-də fon der Lyayen Zelenski ilə Ukraynada sülhə doğru atılan addımları və Kiyevin Aİ-yə “gələcək üzvlüyü” məsələsini müzakirə edib.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Avropa “ədalətli və davamlı sülhün təmin edilməsində fəal rol oynamağa davam edəcək”.