Zelenski Ukrayna əsgərlərini ziyarət etdibackend

Zelenski Ukrayna əsgərlərini ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Zelenski Donetsk bölgəsindəki Ukrayna əsgərlərinə baş çəkib.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Prezidentinin rəsmi saytında verilən açıqlamaya görə, Zelenski bu gün qeyd olunan Dəniz Piyadaları Günü ilə əlaqədar Donetsk vilayətinin Marinka və Uqledar şəhərləri istiqamətində Ukrayna ordusunun ön mövqelərində olan əsgərlərlə görüşüb.

Komandirlərdən cəbhədəki hadisələrlə bağlı məlumat alan Zelenski Ukrayna dəniz piyadalarının düşmənə qarşı effektiv döyüşdüyünü bildirib.

“Buna görə də bu gündən etibarən biz dəniz piyadalarının potensialını əhəmiyyətli dərəcədə artırır və Dəniz Piyadaları Korpusunu formalaşdırırıq”, – deyə Zelenski bildirib.

NOCOMMENT.AZ