ABŞ Almaniyada Ukrayna Silahlı Qüvvələrinin briqadasını hazırlayır, Fransa ilə daha bir yeni briqadanın hazırlanması ilə bağlı danışıqlar aparılır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
“Fransa tərəfdən müsbət rəy aldıq, indi Fransa ilə yeni briqadanın komplektləşdirilməsi ilə bağlı müzakirələr aparacağıq. Biz Almaniya tərəfdən də müsbət rəy aldıq, səmimi olacam, alman torpağında amerikalılar bizim briqadamızı hazırlayırlar, bu onların töhfəsidir. Düzünü desəm, bu kifayət deyil, amma buna baxmayaraq, biz buna görə minnətdarıq“, – Zelenski qeyd edib.