Zelenski Ukrayna münaqişəsi ilə bağlı liderlər səviyyəsində görüşə hazır olduğunu bildiribbackend

Zelenski Ukrayna münaqişəsi ilə bağlı liderlər səviyyəsində görüşə hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həlli ilə bağlı məsələlərin müzakirəsi üçün dövlət liderləri səviyyəsində görüşə hazır olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Biz əsas məsələlərin həlli üçün liderlər səviyyəsində görüşə hazırıq”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna Rusiya Federasiyası ilə birbaşa danışıqlardan qorxmur və qeyd edib ki, hazırkı mərhələdə “Rusiya rəhbərliyinin müharibəni uzatmaması” vacibdir.