Güclü Ukrayna ordusu on il sonra da belə qalmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski öz Telegram kanalında bildirib.
“Güclü Ukrayna ordusu təhlükəsizlik zəmanətlərinin mərkəzi elementi olaraq qalır və qalacaq. Bu, ordumuzun imkanları deməkdir: maliyyələşdirmə, silah, silah istehsalı. Bütün bunları təmin edirik və bu, bir il, beş il, on il sonra da olmalıdır”, — deyə o yazıb.
Zelenskinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin belə vəziyyəti “indiki müharibə şəraitində olduğu kimi, gələcəkdə təhlükəsizliyi təmin etmək üçün də” qorunmalıdır.