Zelenski Ukrayna qoşunlarının Türkiyə və Britaniyaya göndərilməsi üçün qanun layihəsi təqdim edibbackend

Zelenski Ukrayna qoşunlarının Türkiyə və Britaniyaya göndərilməsi üçün qanun layihəsi təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin başqa ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsini qeydiyyata aldırıb. Söhbət Türkiyə və Böyük Britaniyadan gedir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

“Zelenski Radaya Ukrayna qoşunlarını Türkiyə və Britaniyaya göndərməyi təklif edib”, – nəşrin xəbərində bildirilir.

Ukraynanın Müdafiə Nazirliyinin rəhbəri Denis Şmıqalın sözlərinə görə, bu qanun Ukrayna bölmələrinin həmin ölkələrə göndərilməsi, mürəkkəb hərbi texnikanın qəbulu və onun istifadəsinin mənimsənilməsi üçün zəruridir.