Hazırda Ukrayna ordusunda təxminən 880 min nəfər xidmət edir və onun azaldılması nəzərdə tutulmur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski brifinqdə bildirib.
Ukrayna lideri rus qoşunlarının döyüş meydanındakı uğurunu da izah edib.
Onun sözlərinə görə, bu, Rusiya Silahlı Qüvvələrinin bölmələrinin bir sıra ərazilərdə cəmləşməsi ilə əlaqədardır, Ukrayna əsgərləri isə bütün ölkə ərazisində yerləşdirilib.