Zelenski Ukrayna üçün tam hazırlanmış qələbə planını açıqlayıbbackend

Zelenski Ukrayna üçün tam hazırlanmış qələbə planını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Zelenski Ukraynanın “qələbə planı”nın tam hazır olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə videomüraciət zamanı bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 18-də axşam çıxışı zamanı sülh planının tam hazır olduğunu açıqlayıb.

Bu gün deyə bilərik ki, qələbə üçün planımız artıq tam hazırdır. Plana bütün məqamlar, bütün əsas vurğular, lazımi əlavələr və detallar müəyyən edilib

Siyasətçinin fikrincə, indi Kiyev üçün ən vacibi bu planı həyata keçirməkdir.

Sentyabrın 16-da Zelenski bildirib ki, əsas məqamlar üzrə plan 90 faiz hazırdır, Kiyev gələn həftə onu beynəlxalq müttəfiqlərə təqdim edəcək. O, əlavə edib ki, plan hər biri yüksək dərəcədə əldə edilə bilən və münaqişənin həllinə yaxınlaşmağa kömək edəcək ətraflı addımlar toplusunu ehtiva edir.