Ukrayna lideri Vladimir Zelenski yaxın bir neçə həftə və ya ay ərzində tam atəşkəslə bağlı razılaşmaların əldə oluna biləcəyini istisna etməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Aprelin 3-də dövlət başçısı Çerniqov vilayətinin ərazi icmalarının nümayəndələri ilə görüş keçirib. O, həmçinin Moskva ilə Kiyev arasında atəşkəsin bağlanması perspektivlərindən danışıb.
“Düşünürəm ki, bunu ən qısa zamanda, yaxın həftələrdə, bəlkə də aylarda etmək olar”, – deyə Zelenski bildirib.
O, vəziyyətin müxtəlif yollarla inkişaf edə biləcəyini vurğulayıb.
“Xüsusən də müharibənin sona çatmasının bu hissəsi ilə – qaynar faza, tam atəşkəs” – deyə Ukrayna lideri izah edib.