Zelenski Ukraynada fransız silahları istehsal etməyi planlaşdırdığını açıqlayıbbackend

Zelenski Ukraynada fransız silahları istehsal etməyi planlaşdırdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski Fransa ilə Ukraynada silah istehsalının mümkünlüyü ilə bağlı danışıqlar apardığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Dövlət başçısı müvafiq videomüraciəti özünün Telegram kanalında yerləşdirib.

Zelenskinin sözlərinə görə, bu tip əməkdaşlıq artıq Danimarka ilə həyata keçirilib.

“Biz yeni fransız modelini yeni istehsal müəssisələrinin yaradılmasına investisiya cəlb etmək imkanı kimi qiymətləndiririk”, – deyə o, nazirlər səviyyəsində danışıqların aparıldığını qeyd edib.

Oktyabrın 10-da Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatları məlum olub. Zelenskinin sözlərinə görə, görüş zamanı ölkə liderləri döyüş meydanındakı vəziyyəti və Ukraynanın mövqeyini gücləndirə və Avropanı qoruya biləcək məsələləri müzakirə ediblər.