Ukraynada münaqişənin sonu göründüyündən də yaxındır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski ABC News-a deyib.
“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Biz münaqişənin sonuna yaxınlaşırıq. Sadəcə, çox güclü olmalıyıq”, – deyə o bildirib.
Onun nizamlanma planına dəqiq nəyin daxil olduğuna aydınlıq gətirən Zelenski deyib ki, bu, münaqişənin diplomatik yolla sona çatması üçün “körpü”dür. Onun sözlərinə görə, ABŞ rəsmilərinə təqdim olunacaq “qələbə planı” Ukraynanı və ölkənin silahlı qüvvələrini gücləndirməkdir.