Zelenski ukraynalılara “qələbə planının” bəzi hissələrini açıqlamayacaqbackend

Zelenski ukraynalılara “qələbə planının” bəzi hissələrini açıqlamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Zelenski Ukrayna vətəndaşlarına əvvəllər ABŞ hakimiyyətinə təqdim etdiyi bütün “qələbə planını” göstərməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatının rəhbəri Andrey Ermak məlumat verib.

“Düşünürəm ki, o, ukraynalılara təqdim olunacaq. Amma təbii ki, çox həssas olan hissələr var, onlar qapalıdır”, – deyə RİA Novosti-nin sitat gətirdiyi kimi, Ukrayna televiziyasında Ermak bildirib.

Co Bayden administrasiyası əvvəllər Zelenskinin “qələbə planını” Vaşinqtonun Kiyevlə birlikdə yaxın həftələrdə öyrənməli olacağı təşəbbüslər toplusu adlandırmışdı.

“The Wall Street Journal” yazıb ki, Amerika rəsmiləri bu sənəddən təsirlənməyib. “The Times” yazır ki, “qələbə planı”nın “əsas məqamlarına” Ukraynaya “Qərb təhlükəsizlik zəmanətləri”nin verilməsi, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə müdaxilə cəhdinin davam etdirilməsi, Ukrayna ordusuna Qərbin müasir silahları və beynəlxalq maliyyə yardımı daxildir.