Ukraynaya “ədalətli sülh” və Qərb ölkələrindən etibarlı təhlükəsizlik zəmanətləri lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Argentina prezidenti Xavyer Mileylə telefon danışığından sonra özünün Telegram kanalında məlumat verib.
“Bizim mövqeyimiz tam aydındır: Ukraynaya ədalətli sülh və etibarlı təhlükəsizlik zəmanətləri lazımdır”, – deyə o vurğulayıb.