Zelenski və Meloni Romada müharibəni müzakirə etdibackend

Zelenski və Meloni Romada müharibəni müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Corciya Meloni 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra ilk dəfə Romaya səfər edən Zelenski ilə baş nazirlikdə 70 dəqiqəlik görüşdən sonra birgə mətbuat konfransı keçirib.

NOCOMMENT.az xəbər verir ki, Corciya Meloni Ukraynaya dəstəyin müharibə zamanı lazım olduğu müddətdə davam edəcəyini, Ukrayna prezidenti Vladimir Zelenski isə Ukraynadan 200 min uşağın qaçırıldığını bildirib.

Zelenski ilə uzun və məhsuldar görüş keçirdiklərini ifadə edən Meloni, “İtaliya Rusiyanın amansız və ədalətsiz hücumunun qurbanı olan Ukraynanın bütövlüyünü dəstəklədiyini göstərdi. İtaliya bunu davam etdirmək istəyir. İtaliya Ukraynaya 360 dərəcəlik dəstəyini lazım olduğu müddətcə və ondan kənarda verməyə davam edəcək.” deyə qeyd edib.

NOCOMMENT.AZ