Zelenski Xarici İşlər Nazirliyinə Macarıstana cavab verməyi göstəriş verdibackend

Zelenski Xarici İşlər Nazirliyinə Macarıstana cavab verməyi göstəriş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, “Drujba” neft kəmərinə hücumda məsuliyyət daşıdığı hesab olunan Ukrayna Silahlı Qüvvələrinin komandirinə Şengen zonasına girişin qadağan edilməsinə görə Macarıstana simmetrik cavab verilsin.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukrayna və Macarıstan KİV-lərinin məlumatına görə, söhbət Zakarpatiyadan olan etnik macar vətəndaş Robert Brovdi haqqında gedir.

Bundan əlavə, Zelenski Macarıstanı Ukraynadakı macar icmasının üzvlərini ölkənin və onun vətəndaşlarının müdafiəsində iştiraklarına görə “ayrımcılığa məruz qoymaq” cəhdində ittiham edib.