Zelenski Xerson vilayətinə səfər edibbackend

Zelenski Xerson vilayətinə səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Kahovka bəndinin vurulması nəticəsində sular altında qalan Xerson vilayətinə səfər edib.

NOCOMMENT xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Xersona öyrənmə səfəri çərçivəsində Kahovka bəndinin vurulmasının nəticələrinin aradan qaldırılması üçün koordinasiya iclası keçirdiyini bildirib.

Prezident Zelenski iclasda təbii fəlakət nəticəsində bölgədəki əməliyyat vəziyyəti, insanların su basmış ərazilərdən təxliyəsi, bəndin partlaması nəticəsində yaranmış fövqəladə vəziyyətə reaksiya və su basanlara canlı yardım göstərildiyini bildirib.

Xersonda insanların daşqın zonalarından təxliyə olunduğu keçid məntəqəsinə baş çəkdiyinə diqqət çəkən Zelenski onların məqsədinin insanların həyatını qorumaq və onlara mümkün qədər kömək etmək olduğunu qeyd edib.