Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında yayımlanan video-müraciətində bildirib.
“Bu gün bir neçə sanksiya paketimizi – Ukrayna paketlərini – razılaşdırdım. Yaxın vaxtlarda bununla bağlı müvafiq qərarlar olacaq,” – deyə Ukrayna lideri bildirib.