Zelenskidən “böyük qisas” xəbərdarlığıbackend

Zelenskidən “böyük qisas” xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə can almağa davam edərkən Ukrayna prezidenti Zelenski etiraf kimi açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Qərb tanklarının köməyi ilə meydanda əlini gücləndirən Ukrayna Zelenskinin sözlərindən sarsıldı.

Zelenski Rusiyanın “böyük qisas” kimi xarakterizə etdiyi addımı atdığını açıqlayıb. Ukrayna lideri vurğulayıb ki, rus qoşunları aylarla davam edən dalana dirəndikdən sonra cəbhə xətti boyunca hücumları artırmağa başlayıb. Zelenski hücumların artmaqda davam edəcəyini gözlədiklərini də qeyd edib.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden Ukrayna rəsmilərinin havadan dəstək çağırışlarına baxmayaraq, Ukraynaya F-16 döyüş təyyarələri göndərməyəcəklərini açıqlayıb.