Zelenskidən fövqəladə “Kaxovka bəndi” iclasıbackend

Zelenskidən fövqəladə “Kaxovka bəndi” iclası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın cənubunda, Xerson yaxınlığında yerləşən Kaxovka Su Elektrik Stansiyasında vəziyyətlə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvləri ilə fövqəladə iclas keçirib.

NOCOMMENT.az xəbər verir ki, Açıqlamaya görə, daxili işlər naziri İqor Klimenko, xarici işlər naziri Dmitri Kuleba, “Ukrhidroenerqo”nun baş direktoru İqor Sirota, ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirinin birinci müavini Aleksandr Krasnolutski və “Energoatom” şirkətinin prezidenti Petro Kotin hesabatlarını təqdim ediblər.

Bildirilib ki, hadisədən sonra bütün fövqəladə hallar orqanları və ordu dərhal məsələ ilə bağlı məlumatlandırılıb.

Hesabatda daşqın zonasında 80 yaşayış məntəqəsinin yerləşdiyi, mülki və hərbçi itkisi qeydə alınmadığı bildirilib.

NOCOMMENT.AZ