Zelenskidən müharibə AÇIQLAMASIbackend

Zelenskidən müharibə AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yalta Avropa Strategiyası (YES) Sammitində çıxış edən Ukrayna Prezidenti Vladimir Zelenski “Rusiya ilə müharibənin ən pis ehtimal olduğunu” bildirib.

NOCOMMENT.az xəbər verir ki, Vladimir Zelenski qonşu Rusiya ilə müharibənin mümkün olduğunu və Rusiya Prezidenti Putinlə hərtərəfli görüş keçirmək istədiyini söyləyib.

2014-cü ildə Krım yarımadasını Ukraynadan alan və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləyən Rusiya ilə həqiqətən də xarici müharibənin olub-olmayacağına dair suala Zelenskiy “Məncə belə bir şey ola bilər “cavabını verib.

Rusiya ilə müharibə ehtimalını istisna etməyən Vladimir Zelenski: “Bu ola biləcək ən pis şeydir, amma təəssüf ki, bu ehtimal mövcuddur”- deyə əlavə edib

Sammitdə Zelenski Ukraynanın NATO -da iştirakı ilə bağlı bir birbaşa mövqe tutulmadığını ancaq Ukraynanın buna çoxdan hazır olduğunu da qeyd edib.

Moskva Ukraynanı sülh danışıqlarına marağını itirməkdə günahlandırsa da, Zelenski verdiyi açıqlamada Putin haqqında “Onun haqqında düşünməyə vaxtım yoxdur” ifadəsini səsləndirib.

O, həmçinin Rusiyanı problemlərin həlli və münaqişənin dayandırılması üçün addım atmamaqda günahlandırıb.

Tərcümə etdi: Jalə Bədirova