ABŞ prezidenti Donald Tramp oktyabrın 16-da rusiyalı həmkarı Vladimir Putinlə Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə danışacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın Putinlə danışığı ABŞ prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə oktyabrın 17-nə planlaşdırılan görüşündən əvvəl baş tutacaq.
Hər iki lideri digər məsələlərlə yanaşı, Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya ötürülməsi məsələsini müzakirə edəcəklər.
Xatirə SADİQ