Zelenskidən Putinin “qardaş xalqlar” replikasına CAVAB: “Bəli qardaşıq, amma Habillə Qabil kimi…”backend

Zelenskidən Putinin “qardaş xalqlar” replikasına CAVAB: “Bəli qardaşıq, amma Habillə Qabil kimi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev rəhbərliyi Vladimir Putinin məqaləsini oxuyub cavablandırmağı planlaşdırır.

“Adamın Ukrayna dilini bilməsi çox xoşdur”.

NOCOMMENT.az-ın Sfera.az-a istinadla məlumatına görə, o, bunu jurnalistlərlə “Ukrayna 30. Humanitar siyasət” konfransı çərçivəsində təşkil edilən söhbəti zamanı söyləyib.

Zelenski məqaləni ətraflı öyrənmək imkanının olmadığını, amma bəzi məqamlarla tanış olduğunu və həmin məqamları Rusiya Prezidenti ilə üz-üzə müzakirə etmək istədiyini qeyd edib.

“Ona gələcəkdə digər məqaləsində istifadə edə biləcəyi çoxlu materiallar təqdim edə bilərəm”, – deyə Zelenski bildirib.

O həmçinin rus və Ukrayna xalqları arasındakı yaxınlığa dair tezisi də qiymətləndirib.

“Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir”, – deyə Ukrayna prezidenti qeyd edib.

Bir gün əvvəl Vladimir Putin “Ruslarla ukraynalıların tarixi birliyi haqqında” adlı məqalə dərc edib. Məqalədə qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.