Zelenskidən  Qara Dəniz Taxıl Təşəbbüsü açıqlamasıbackend

Zelenskidən Qara Dəniz Taxıl Təşəbbüsü açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə görüşündə Qara Dəniz Taxıl Təşəbbüsünü martın 18-dən sonra davam etdirməyə razılaşdıqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin əvvəlində Rusiya ordusunun nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının yenidən Ukraynanın nəzarətinə keçməli olduğunu bildirib.

“Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın tam nəzarətinə qayıtmalıdır. Bu, təkcə Ukraynanın deyil, qlobal təhlükəsizlik məsələsidir” deyə Zelenski qeyd edib.

Prezident Qara Dəniz Taxıl Təşəbbüsü haqqında da açıqlama verərək qeyd edib:

“Biz bu gün bütün dünyanın 18 Martdan sonra da Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirməsinə kritik ehtiyacı olduğu mövzusunda razılaşdıq” .

NOCOMMENT.AZ