backend

Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi və neft sektoruna qarşı yeni məhdudiyyətlər qoyub.

NOCOMMENT.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, birinci fərman müddəti bitən sanksiyaları uzadır və rusiyalı sahibkarlara şamil edilir. İkinci fərman Rusiyanın hərbi sənaye müəssisələrinə, xüsusən də dron və komponent istehsalçılarına məhdudiyyətlər qoyur.

Zelenski deyib ki, üçüncü sənəd Rusiyanın neft sektoru ilə əlaqəli şəxslərə və şirkətlərə aiddir.